Fransalı müxbir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt reaksiyası ilə üzləşib.
Gununsesi.info xəbər verir ki, fransalı müxbir prezidentə “İŞİD ilə əməkdaşlıq edirsinizmi?”, “Suriyaya niyə silah göndərmisiniz?” kimi suallar ünvanlayıb.
Ərdoğan isə öz növbəsində jurnalistə kəskin cavablar verib, onu FETÖ ilə əlbir hesab edib:
“Sualınızı başa düşmədim, kim silah göndərib? Sən FETÖ-çülər kimi danışırsan. ABŞ-ın Suriyaya 4 min hərbi texnika yerləşdirdiyini niyə soruşmursan? Sən jurnalistsən, bunu niyə işıqlandırmırsan? Biz bu cür ittihamı qəbul edə bilmərik”.
Gununsesi.info