Ərdoğandan İran və Rusiyaya sərt mesaj – "Dünyaya bəyan edirəm ki..."

“Türkiyənin sərhədlərində təhlükəsizlik təmin edilənədək mübarizəmiz və əməliyyatlarımız davam edəcək”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

HTML tutorial

“Bir daha dünyaya bəyan edirəm ki, cənub sərhədlərimizi bir başından o biri ucuna qədər 30 kilometr dərinlikdə təhlükəsizlik dəhlizi ilə təmin etməyənə qədər mübarizəmiz bitməyəcək.

İstədikləri vaxt əməliyyat keçirərək bizə “etmə” deyənlərin ikiüzlülüyünün fərqindəyik. Bu əməliyyatları davam etdirəcəyik. Bir gecə qəflətən gələ bilərik. İstənilən yerə gələ bilərik. Bizim başqalarından fərqimiz odur ki, heç kimin torpağında gözümüz yoxdur”, – Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ, Rusiya və İran Türkiyənin Suriyanın şimalında mümkün hərbi əməliyyatlarına etiraz edib.

Gununsesi.info