Ərdoğandan Mosul açıqlaması

  • By admin
  • 17 Oktyabr 2016 15:00
Erdogan sert danishdi
“Mosulda baş verənlərə seyrçi qalmamağımız mümkün deyil. Orada qardaşlarımız var”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Beynəlxalq Hüquq Konqresində çıxışında söyləyib.
Mosulun Türkiyə üçün mühüm əhəmiyyət kəsb etdiyni  deyən Ərdoğan bildirib ki, orada bizim üçün böyük bir tarix var: “Mosulda qardaşlarımız var. Türkmənlər,ərəblər, kürdlər… Əqrəbalarımız var.  Bizim burada baş verənlərə seyrçi qalmağımız mümkün deyil”.
Ərdoğan əlavə edib ki, kimsə bizdən Başika düşərgəsini tərk etməyimizi gözləməsin. “Məsələ terror təşkilatına qarşı mübarizədirsə, biz orada İŞİD-ə qarşı hər cür mübarizəni aparırıq. Mosullu qardaşlarımızı, o cümlədən peşmərgələri İŞİD-ə qarşı hazırlayan bizik. Əks halda, bu gün Mosul əməliyyatında İŞİD-ə qarşı uğurlu mübarizə aparacaq qüvvələr olmazdı. Terror təşkilatlarına bir vasitə kimi yanaşan və dəstək verənləri qınayıram. Terror təşkilatları bumeranq kimidir, gec-tez onlardan istifadə edənləri də vurur. Birgə əməkdaşlıq olmadan terrora qarşı səmərəli mübarizə aparmaq mümkün deyil”.
Ərdoğan onu da əlavə edib ki, Türkiyənin  iştirak etmədiyi hər hansı əməliyyatın nəticələrinə  görə, məsuliyyət daşımır: “Biz əməliyyatda da, masada da olacağıq”.
Gununsesi.info