Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsalmanları Mescidi-Aksanı ziyarət etməyə çağırıb:
“Buradan bütün vətəndaşlarıma və müsəlman dünyasına səslənirəm. İmkanı olan hər kəs Qüdsü, Mescidi-Aksanı ziyarət etsin. Gedə bilməyənlər isə oradakı qardaşlarımıza yardım göndərsinlər. Biz Mescidi-Aksaya nə qədər çox sahib çıxsaq, gözlərini oraya dikənlərin işi bir o qədər çətinləşər. Gəlin hamımız birlikdə Qüdsə sahib çıxaq”.
Həmçinin, Ərdoğan türkərin sineqoqlara hücum etməsinin mənasız olduğunu bildirib və islama zidd hərəkət kimi qiymətləndirib.
Gununsesi.info