Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə başçısı dialoq zamanı bir sıra bölgə məsələlərini və ikitərəfli münasibətləri müzakirə edib.
Tərəflər arasında enerji, Rusiya-Türkiyə münasibətləri və Ukrayna böhranı, Suriya və digər mövzularla bağlı fikirlərini bölüşüblər.
Ərdoğan Putinlə danışığı zamanı Türkiyədə təbii qaz mərkəzinin qurulması üçün infrastrukturu gücləndirdiklərini və buna davam etdiklərini sölyəyib. Ərdoğan bununla bağlı ən qısa müddətdə yol xəritəsini tamamlamağı və tətbiqata yönəlik əyani addımlar atmağı planladıqlarını bildirib.
Prezidentlər Taxıl Anlaşması və Zaporoje Nüvə Stansiyasının çevrəsində təhlükəsizlik addımlarının Ukrayna böhranı ilə bağlı müsbət nəticə verməsinə yol açdığını vurğulayıb.
Ərdoğan PKK-YPG-PYD-nin Türkiyənin sərhəd təhlükəsizliyini təhdid etdiyini bildirib. O, bu terror təşkilatlarının Münbic və Tel Rifatdan çəkilməsi üçün əyani addımların atılmasının gərəkli olduğunu açıqlayıb.
Tərcümə: Arzu Sayadoğlu