Ərdoğandan Qətərdə SON DƏQİQƏ İsrail mesajı: Bölgə ölkələrinə kritik XƏBƏRDARLIQ

  • By admin
  • 05 Dekabr 2023 16:04

İsrailin baş naziri Benyamin Netanyahu hökuməti siyasi ömrünü uzatmaq üçün bütün Yaxın Şərq regionunun təhlükəsizliyini və gələcəyini təhlükə altına qoyur.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohada Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) sammitində çıxışı zamanı deyib.

Türkiyə lideri vurğulayıb ki, beynəlxalq ictimaiyyət “Qəzza zolağında törədilən vəhşiliklərin Suriyanı da əhatə edəcək regional müharibəyə çevrilməsinə” imkan verməməlidir.

Dövlət başçısı İsrail-Fələstin münaqişəsi ilə bağlı Türkiyənin prioritetinin dərhal və daimi atəşkəs və Qəzza zolağına humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək olduğunu vurğulayıb.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, İsrailin Qəzza zolağında törətdiyi əməllər insanlığa qarşı cinayət və hərbi cinayətdir və buna görə cavab verməli olmalıdır. “Əsasən uşaq və qadın olan 17 min günahsız fələstinlinin ölümü insanlığa qarşı cinayətdir, müharibə cinayətidir. İsrail bu cinayətlərdən yaxa qurtarmamalıdır”, – Türkiyə lideri xüsusilə qeyd edib.

Gununsesi.info