Ərdoğandan Rusiya və İrana çağırış

  • By admin
  • 02 Mart 2020 18:19

Qan tökülməsi ilə bağlı həssaslığımızı zəiflik kimi görənlərə əsl gücümüzü göstərməyə hələ yeni başlayırıq. İndiyə qədər Suriya ordusunun verdiyi itkilər başlanğıcdır.

 

Gununsesiaz.info oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz bu qafillərə Türkiyənin baş əyməyən böyük bir dövlət olduğunu göstəririk. Əsgərlərimizin həyatına qəsd edənləri yerlə-yeksan etmək boynumuzun borcudur.

Yaşananlardan ibrət almayanların bizi hələ də təhdid etmələri ağıllarının başlarına gəlmədiyini göstərir. Sərhədlərin kənarına çıxmasalar, bir müddət sonra çiyinlərinin üzərində o başları qalmayacaq.

Rusiya və İrana bir daha səslənirəm. Suriyada bizim sizinlə dərdimiz yoxdur”, – Ərdoğan bildirib.

Gununsesiaz.info