
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Körfəz ölkələrinə səfərə çıxan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş müharibəsi baş verərsə, hər iki tərəfin məğlub çıxacağını bildirib.
Ərdoğan Qətər probleminin həlli üçün dünən Körfəz ölkələrinə səfərə çıxıb. Türkiyə prezidenti əvvəlcə Səudiyyə Ərəbistana gedərək Kral Salmanla, daha sonra isə Küveytdə Küveyt əmiri ilə görüşüb. Bu isə Ərdoğanın Qətərə gedəcəyi gözlənilir.
Ərdoğan artıq səfər etdiyi iki ölkədə qardaş müharibəsini pisləyib və belə vəziyyətdə hər iki tərəfin məğlub olacağına diqqət çəkib.
Gununsesi.info