Ərdoğandan sensasion çıxış - QADINLARIN HİCAB GEYİNMƏK HÜQUQU KONSTİTUSİYADA TƏSBİT OLUNSUN!

  • By admin
  • 06 Oktyabr 2022 10:11
Çərşənbə günü Ankarada Ədalət və İnkişaf Partiyasının qrup toplantısında  çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qadınların hicab geymək hüququna Konstitusiya təminatının yaradılmasının vacibliyini bəyan edib.
Gununsesi.info xəbər verir ki, bu haqda yerli “Sabah”  nəşri nəlumat yayıb.
Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının qadınlara ictimai yerlərdə baş örtüyü geyinmək və ya geyinməmək seçiminin verilməsi üçün qanunlara dəyişiklik edilməsi çağırışına münasibət bildirən Ərdoğan,“Bu problemi qanunda deyil, Anayasada düzəldək” -deyib.
O, partiyasının səyləri sayəsində türk qadınlarının, nəhayət, hicab taxmaq azadlığını əldə etdiyini vurğulayıb.
“Ümumiyyətlə geyim, xüsusən də hicab məsələsi insanın təbii hüququdur. Bu, qanunlarla və ya Anayasa ilə tənzimlənməməlidir. Amma bu gün gündəmdə olduğundan dövlət sektorunda çalışan qadınların hicab taxmaq hüququnu bu dəyişikliyə zidd heç bir qanunun həyata keçirilə bilməyəcəyini aydın izahatla təmin edəcək  5735 saylı Anayasa dəyişikliyinin qəbul etməyi təklif edirəm”- deyə dövlət başçısı bildirib.
 Xatırladaq ki, türk qadınları uzun illər məktəb və universitetlərdə, eləcə də işlədikləri hər hansı ictimai təşkilatlarda hicab taxmağı qadağan edən qanunlara qarşı mübarizə aparıblar. Bu siyasət ölkədə qadınların əksəriyyətinin hicablı olmasına baxmayaraq həyata keçirilib. Cümhuriyyət Xalq Partiyası isə qadın geyimlərini seçmək hüququna qoyulan bu məhdudiyyətləri dəstəkləyib. Xüsusilə, onun lideri Kamal Kılıçdaroğlu “baş örtüsünün müasir demokratiyaya təhlükə yaratdığını, ictimai asayişə, sülhə və birliyə zərər vurduğunu” bəyan edib…
Gununsesi.info