Ərdoğandan SON DƏQİQƏ açıqlaması: ABŞ-a çox sərt veto reaksiyası

  • By admin
  • 09 Dekabr 2023 17:50

Qərb cəmiyyətlərini zəhərli sarmaşıq kimi bürümüş islamafobiya və ksenofobiya insan haqlarına qarşı əsas təhdidlərdən biridir.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya İnsan Hüquqları Gününə həsr olunmuş “İnsanlığın üzü” proqramında deyib.

Türkiyə lideri qeyd edib ki, dekabrın 10-u Ümumdünya İnsan Hüquqları Günü olmasına baxmayaraq, dünyanın bir çox yerində insan hüquqları pozulur.

Ərdoğanın sözlərinə görə, Kanadadan ABŞ-a, Avropadan Asiya ölkələrinə kimi dünyanın bir çox yerində müsəlmanlara və miqrantlara qarşı təxribatların artması müşahidə olunur.

“Qərb ölkələri fikir azadlığı bəhanəsi ilə anti-islam və anti-müsəlman hərəkətlərini qanuniləşdirib, bəyənib və təşviq edib”, – Ərdoğan qeyd edib.

Türkiyə lideri vurğulayıb ki, bu gün BMT-nin Ümumdünya İnsan Haqları Bəyannaməsinin kobud şəkildə pozulduğu yer Qəzza zolağı və işğal olunmuş Fələstin torpaqlarıdır.

“Qərbdən qeyri-məhdud dəstək alan İsrail hakimiyyəti Qəzzada bütün bəşəriyyətin üzünü qızardıracaq vəhşiliklər və qırğınlar törədir”, – deyə Ərdoğan bildirib.

Eyni zamanda, Türkiyə lideri hesab edir ki, ədalətli sülh əslində mümkündür, lakin ABŞ-la yox: “Çünki Amerika İsrailin tərəfindədir”.

Bundan əlavə, Türkiyə lideri BMT Təhlükəsizlik Şurasındakı vəziyyətə də diqqət çəkib.

“Oktyabrın 7-dən BMT Təhlükəsizlik Şurası İsraili qoruyan və ona baxan bir şuraya çevrilib”, – Ərdoğan hesab edir.

Eyni zamanda, prezident bir daha BMT Təhlükəsizlik Şurasında “dünyanın beşdən böyük olması”nın özünü bir daha hiss etdirdiyi səsverməyə diqqət çəkib. “BMT Təhlükəsizlik Şurasının islahatı ilkin şərtə çevrilib”, – Ərdoğan vurğulayıb.

Gununsesi.info