Ərdoğandan xoş addım: Azərbaycan dilində təbrik mesajı yazdı – FOTO

  • By admin
  • 28 May 2020 17:39

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May – Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Gununsesi.org-un məlumatına görə, ölkə prezidentinin “Twitter” hesabında paylaşılan təbrik mesajı Azərbaycan dilində olub.

“Azərbaycan Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü səmimi arzularımla təbrik edir, Prezident İlham Əliyev qardaşım başda olmaqla, bütün Azərbaycan xalqına salamlarımı və sevgilərimi çatdırıram”, – deyə ismarıcda bildirilib.

 

 

Gununsesi.org