Ərdoğandan Yəmənin bombalanmasına ilk reaksiya

  • By admin
  • 12 Yanvar 2024 17:33

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim husi hərəkatının hədəflərinə qarşı əməliyyata başlayıb. Onlar təyyarələrdən, gəmilərdən və sualtı qayıqlardan atılan raketlərlə Yəmən husilərinə hücum ediblər. Nəticədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində Yəməndə ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Britaniyanın Yəməni bombalaması barədə açıqlama verib. Cümə namazından çıxarkən sualları cavablandıran ölkə başçısı bildirib ki, Qırmızı dənizi qan gölünə çevirmək istəyirlər.

“Güc nisbəti düzgün deyil. İngiltərə hər zaman ABŞ ilə birlikdə addım atıb. Görünür Qırmızı dənizi qan gölünə çevirmək istəyirlər. İran isə belə bir vəziyyətdə özünü necə müdafiə edəcəyini düşünür. Husilər çox yaxşı müdafiə olunurlar”, – o qeyd edib.

Gununsesi.info