
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərə evliliklə bağlı xoş müjdə verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Prezident Ərdoğan evlilik kreditinin şərtlərini açıqlayıb.
Nazirlər Kabinetinin toplantısından sonra gənclər üçün uyğun qiymətə kreditin verilməsi layihəsinin üzərində çalışdıqlarını bildirib.
Açıqlanan layihəyə əsasən, yeni evlənəcək cütlüklərə 150 min TL faizsiz dəstək krediti veriləcək.
Daha öncə Ailə və Gənclik Bankı üzərindən yeni evlənəcək gənclərə iki il geri ödənişsiz 48 ay müddətinə 150 min lirə kredit veriləcəyi açıqlamasını edən Ərdoğan detallar barədə danışıb.
Həmin fəaliyyətlər arasında uşaqların təhsili başda olmaqla ailə qurumunu qoruyan və gücləndirən çeşidli dəstək xidmətləri də veriləcək.
Layihə üçün müraciət şərtləri və tarixləri ilə bağlı dəqiq detallar paylaşılmayıb.
Tərcümə: Arzu