Ərdoğandan Zəfər Günü paylaşımı

  • By ilhame
  • 08 Noyabr 2023 22:47

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, Prezident Ərdoğan bu haqda sosial media hesabında yazıb:

“Qardaş Azərbaycanın 8 Noyabr Zəfər Bayramını ürəkdən təbrik edir, Qarabağın azadlığı uğrunda 44 gün qəhrəmancasına döyüşən qazilərimizi və şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycan ərazisidir və inşallah qiyamətə qədər belə qalacaq”.

Gununsesi.info