Ərdoğandan QƏTİ XƏBƏRDARLIQ

“Nə qədər ki, ölkəmizə qarşı fəaliyyət göstərən terror təşkilatının fəaliyyətlərinin qarşısını almayacaqlar, bizdən müsbət yanaşma gözləməməlidirlər”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Haber” telekanalının canlı yayımında İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələlərini dəyərləndirərkən söyləyib.

Tərəflərin götürdükləri öhdəliyi mütləq yerinə yetirməli olduqlarını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan təəssüf hissi ilə bildirib ki, Türkiyəyə qarşı fəaliyyət göstərən terror təşkilatlarını bu və ya digər formada dəstəkləmək və ya onların fəaliyyətinə göz yummaq bir sıra digər Avropa ölkələrində də mövcuddur.

Gununsesi.info