Ərdoğandanla Kılıçdaroğlunun 250 minlik təzminat DAVASI

  • By admin
  • 29 Mart 2018 15:24

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “ana müxalifət” partiyasının – CHP-nin lideri Kamal Kılıcdaroğluna qarşı 250 min lirəlik təzminat davası açılması üçün məhkəməyə müraciət edib.

Gununsesi.info xəbərinə görə, buna səbəb Kılıçdaroğlunun CHP-nin TBMM-dəki son qrup toplantısında Ərdoğanla bağlı sözləri olub.

Belə ki, Kılıcdaroğlu çıxışında “Buradan ilk dəfə söyləyirəm, FETÖ-nün bir nömrəli siyasi qanadı prezident kürsüsünü işğal edən zatdır.

Məhkəməyə versin, isbat edəcəyəm”, – demişdi.

Gununsesi.info