Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd əməliyyatında iştirak etməkdə günahlandırılaraq tutulan hərbçilərin sayı 7-yə çatıb.
Gununsesi.info Anadolu agentliyinə istinadən xəbər verir ki, Marmaris yolunda aparılan axtarış nəticəsində daha 4 hərbçi tutulub.
Daha əvvəl isə hüquq-mühafizə orqanlarına Marmaris-Muğla yolunun yaxınlığındakı meşədə 3 hərbçini aşkarlayıb tutmaq müvəffəq olmuşdu.
Qeyd edək ki, Prezidentin olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin sayının 17 olduğu söylənilir.
Gununsesi.info