
Antalyanın Alanya şəhərində Rəcəb Tayyib Ərdoğanı təhqir edən polis məmuru həbs edilib. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, FTT-nın dövlət çevrilişinə cəhdində iştirak etmiş Alanya Təhlükəsizlik İdarəsinin vəzifəli polis əməkdaşlarından Z.A. adlı biri iyulun 15-də rəislərin yanında Ərdoğanə təhqir edib: “İnşəallah, o bomba Rəcəb Tayyib Ərdoğanın üzərinə düşər”-deyə məmur gözaltına alınıb.
Polis məmuru sorğunun ardından məhkəməyə çıxarılaraq, həbs edilib.
Gülnaz Qənbərli