Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Bayraktar ikinci övladını dünyaya gətirib.
Gununsesi.info xəbər verir ki, xəstəxanada Sümeyye-Səlçuq Bayraktar cütlüyünü ziyarət edən Ərdoğan nəvəsinin adını qulağına oxuyub. Körpəyə Asım Özdemir adı verilib.
Körpəyə Səlcuq Bayraktarın 2021-ci ildə dünyasını dəyişən atası Özdemir Bayraktarın adının qoyulması diqqətdən qaçmayıb.
Ərdoğanın Əsra-Berat Albayrak cütlüyündən 4 nəvəsi, Bilal-Reyyan Ərdoğan cütlüyündən isə 3 nəvəsi var.
Gununsesi.info