Ərdoğanın ailəsi xalqa müraciət etdi

  • By admin
  • 20 İyul 2016 10:38

aile

 

Artıq bir neçə gündür Türkiyədə milyonlarla insan əllərində bayraqlarlara çevriliş cəhdinə etiraz edərək “Demokratiya keşiyində” dayanmağa davam edirlər.

Gununsesi.info qafqazinfo saytına istinadən xəbər verir ki, günlərdir Kısıklıda toplaşan izdihama dünən prezident Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri də qoşulub. Dövlət başçısının oğlu Bilal Ərdoğan, qızı Süməyya Bayraqdar və kürəkəni Səlcuq Bayraqdar əllərində bayraqlarla toplanan vətəndaşlara müraciət ediblər. Bilal Ərdoğan və Süməyya Bayraqdar öz müraciətlərində göstərdikləri birlik, bərabərliyə görə, xalqa təşəkkür ediblər.

Gununsesi.info