Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib.
Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını deyib.
Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi.
Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.
Gununsesi.info