“Ərdoğanın Bakıya səfəri planlaşdırma mərhələsindədir” - SƏFİRLİKDƏN AÇIQLAM

  • By admin
  • 03 May 2017 13:40
erdogan
Ərdoğan Bakıda  keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının  açılış mərasiminə qatılacaq
 
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının  açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.
Bu barədə Gununsesi.info-ya diplomatik mənbələrdən bildirilib.
Qeyd edək ki, mayın 2-də Türkiyənin Azərbaycandakı səfiri Erkan özoral  Azərbaycan mətbuatına açıqlamasında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycandan sonra ən böyük idmançı qrupu Türkiyədən qatılacaq. O eyni zaman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da  Bakıya səfərinin gözlənildiyini deyib:
“Prezidentin gəlişi də düşünülür. Hələlik qəti bir şey yoxdur, planlaşdırma mərhələsindədir”.
Məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etsək də, bildirildi ki, hələlik hər hansı rəsmi xəbər yoxdur.
Səfirlikdən oda bildirildi ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında türkiyədən böyük və yüksəksəviyyəli nümaynədə heyətinin gəlişi ilə bağlı hazırlıq işləri gedir. “Prezident Ərdoğanın da səfəri istisna deyil. Hələlik bu məsələ rəsmi qaydada  təsdiqini tapmayıb”- deyə, səfirlikdən bildirilib.
Mürtəza
Gununsesi.info