
Türkiyənin paytaxtı Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın “15 iyul – Demokratiya və Milli Birlik” günü münasibətilə parlament qarşısında çıxışı zamanı PUA (Pilotsuz Uçuş Aparatı) qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, PUA-nın (dron) yerə çırpılması nəticəsində 7 nəfər xəsarət alıb.
Xərəkdə təcili tibbi yardım maşınına aparılan yaralıların durumunun qənaətbəxş olduğu deyilir.
Gununsesi.info