
Gununsesi.info-nun xəbərinə görə, gecə saatlarında dövlət çevrlişinə qalxan ordu hissələri prezident Rəcəb Tayyib Ərdoğanın Ankaradakı evinə hücum planlayıb. Aparılan anti-terror tədbirləri nəticəsində hücumun qarşısı alınıb. Prezidentin mənzili ciddi nəzarət altına götürülüb. Evə doğru hücum etmək istəyən ordu qüvvələri ilə polis arasında toqquşma olub. Xalqın da küçələrə axışması son anda bu hücumun baş tutmasının qarşısını alıb.