Ərdoğanın İsveçlə bağlı imzaladığı sənəd Türkiyə parlamentinə təqdim edildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokol imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin sosial şəbəkədəki səhifəsində yerləşdirilmiş məlumatda deyilir:

“23 oktyabr 2023-cü ildə İsveçin NATO-ya qəbulu ilə bağlı protokol prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq Türkiyə Böyük Millət Məclisinə təqdim edilib”.

Gununsesi.info