Ərdoğanın Kılıçdaroğlundan qazandığı təzminatın hara xərcələnəcəyi AÇIQLANDI

  • By admin
  • 21 Dekabr 2023 14:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlundan qazandığı 65 min lirəlik mənəvi təzminatı Qəzzada kimsəsiz uşaqlara xərclənmək üçün Türk Qızıl Aypara Cəmiyyətinə bağışlayıb.

Gununsesi.info xəbər verir ki, Ərdoğan 2021-ci il yanvarın 26-da Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısındakı çıxışında Kılıçdaroğlunu şəxsi hüquqlarını pozduğunu əsas gətirərək, vəkili Hüseyn Aydın vasitəsilə ona qarşı mənəvi təzminat iddiası qaldırıb.

İddialara baxan Ankara Məhkəməsi Kılıçdaroğluna 65 min lirə mənəvi təzminat cəzası verib.

Yerli məhkəmənin qərarını araşdıran Ankara Regional Ədliyyə Məhkəməsinin 25-ci Mülki İşlər Palatası qərarı hüquqa uyğun sayıb.

Vəkil Hüseyn Aydın bildirib ki, qərar yekunlaşdıqdan sonra prezident Ərdoğan Kılıçdaroğlundan qazandığı 65 min lirəlik mənəvi təzminatı Qəzzalı yetimlərə xərclənmək üçün Türk Qızıl Ayparasına bağışlayıb.

Gununsesi.info