Ərdoğanın kürəkəni: “Bu ilin sonunadək TANAP-ın 55 faizi inşa ediləcək”

  • By admin
  • 08 Noyabr 2016 15:44

berat

Azərbaycan təbii qazını Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşasının bu ilin sonuna qədər 55 faizinin tamamlanması planlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak səsləndirib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP Türkiyənin Ardahan vilayətinin Posof qəsəbəsindən başlayaraq və boru kəməri marşrutu boyunca 20 rayon, 67 mahal və 600 kənddən keçərək Ədirnənin İpsala qəsəbəsində Avropaya keçəcək. Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur.

Gununsesi.info