Ərdoğanın kürəkəni İlham Əliyevə təşəkkür etdi - AZƏRBAYCAN DİLİNDƏ (FOTOLAR)

  • By admin
  • 11 İyul 2017 08:34

0x0bakanalbayraktan4dildetesekkur1499722787219png

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayraq 22-ci Dünya Neft Konqresində iştirak edən ölkə prezidentlərinə öz dillərində təşəkkür edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli nazir Tvitterdə 4 ölkə prezidentinə, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevə tədbirdə iştirak etdiyi üçün təşəkkür edib.

B.Albayraq Serbiya, Bolqarıstan və Albaniya prezidentlərinə də təşəkkür mesajı yayımlayıb.

Qeyd edək ki, Albayraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.