Türkiyənin müxalifət partiyalarından olan HKP (Xalqların Azadlıq Partiyası) Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakın Xəzinə və Maliyyə Naziri olduğu dövrdə valyuta məzənnələrindəki sürətli artımı tarazlaşdırmaq üçün dövlət bankları vasitəsilə 128 milyard dollar satıldığı faktı üzrə araşdırma başlaması üçün Ankara Baş Prokurorluğuna müraciət edib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərdə bildirilir ki, iddiada keçmiş xəzinə və maliyyə nazirləri Berat Albayrak və Lütfi Elvan, Mərkəzi Bankın keçmiş sədrləri Murat Uysal və Naci Ağbalın “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “qəsb” ittihamları ilə məsuliyyətə cəlb olunması tələb olunur.
Ancaq HKP-nin cinayət şikayətinə baxan Ankara Baş Prokurorluğu “İstintaqın aparılmasına ehtiyac yoxdur” qərarı verib.
Qərarda, həmçinin, bu iddia ilə prezidentin Türkiyə Baş Prokurorluğuna müraciət etməli olduğu yazılıb.