Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğanın mühafizəçilərinin silahları oğurlanıb.
Axar.az xəbər verir ki, Qadın və Demokratiya Cəmiyyətinin sədr müavini Sümeyyə Ərdoğanın mühafizəçilərinin silahlarını oğurlayan 5 nəfər saxlanılıb.
Ərdoğanın mühafizə dəstəsində yer alan polis məmuru avtomobilini İstanbulda Bakırköy səmtində saxlayıb. İçi silah dolu çanta da məhz avtomobildən oğurlanıb. Oğruların ələ keçirilməsi üçün 700 kamera görüntüsü 3 gün ərzində təhlil edilib və silah oğruları yaxalanıb.
Mühafizə dəstəsində yer alan polis əməkdaşı barəsində də araşdırmalara başlanılıb.
Gununsesi.info