Ərdoğanın oxuduğu şeir Güney Azərbaycanda müqavimət simvolu oldu - VİDEO

İranın Güney Azərbaycanda keçirdiyi hərbi təlimə reaksiya verən AzTV bölgədəki türklərdən görüntülər yayımlayıb.

Gununsesi.info xəbər verir ki, İranın Güney Azərbaycanda hərbi təlimlərə başlamasından sonra  AzTV 10 dekabr 2020-ci il tarixində Qarabağ zəfəri şərəfinə Bakıda keçirilən hərbi paradda prezident Ərdoğanın oxuduğu Aras Türkü şeirini vurğulayıb. Qeyd edilib ki, Ərdoğanın Bakıda bu şeiri oxuması İranda yaşayan Güney Azərbaycan xalqını ayağa qaldırıb və bu şeiri müqavimət ideologiyasına çevirib.

HTML tutorial

Türkiyənin İrandakı səfiri prezident Ərdoğanın Aras Türküsünü oxuması ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və İran xarici işlər naziri Cavad Zərif Twitter hesabından reaksiya verib.

Gununsesi.info