Ərdoğanın Putinlə barışıq planı - 9 addımlıq "yol xəritəsi"

  • By admin
  • 17 İyun 2016 13:05

epa04510989 A handout picture provided by Turkish Presidential Press Office shows Russian President Vladimir Putin (L) and his Turkish counterpart Recep Tayyip Erdogan (R) chatting before a press conference in the new presidential palace in Ankara, Turkey, 01 December 2014. Putin and Erdogan began a meeting in Ankara to discuss their often opposing views on the crisis in Syria, the Islamic State threat and gas supplies to Turkey. Russia agreed to send more gas to Turkey and charge 6 per cent less for the energy, starting in January. Putin is on a one-day official visit to Turkey. EDITORIAL USE ONLY, NO SALES  EPA/TURKISH PRESIDENTIAL PRESS OFFICE / HANDOUT

Türkiyə Rusiya ilə münasibətləri normallaşdırmaq üçün 9 addımlıq “yol xəritəsi” hazırlayıb.

Gununsesi.info xəbər verir ki, məqsəd qarşılıqlı addımlar atmaqla 15 dekabra qədər münasibətləri əvvəlki səviyyəyə qaytarmaqdır.

Ankara münasibətlərin normallaşdırılması üçün vasitəçi ölkənin olmasını istəmir. 6 aylıq müddətin ilk üç ayında rəsmi Ankara Rusiyadakı tədbirlərə, toplantılara yüksək səviyyədə iştirakı təmin edəcək. Sentyabrın 1-ə qədər isə iqtisadi, siyasi, mədəni və sosial sahədə münasibətlərə dəyən zərər müəyyənləşdiriləcək.

Türkiyənin Rusiya ilə münasibətləri normallaşdırmaq üçün hazırladığı 9 addımlıq “yol xəritəsi”ni təqdim edirik:

1. Avqustun 15-dək münasibətlər normallaşmalı və üst səviyyəyə qalxmalıdır;

2. Dekabradək sürəcək 6 aylıq prosesin ilk üç ayında rəsmi Ankara Rusiyada keçiriləcək bütün toplantılara uyğun nazirliklər səviyyəsində qatılacaq;

3. Sentyabrın 1-dək iqtisadi, siyasi, mədəni və sosial sahədə münasibətlərə dəyən zərər müəyyənləşdirilməlidir;

4. İki ölkə əhalisi arasında əvvəlki münasibətlərin yaranması üçün kütləvi infromasiya vasitələrinin yardımı ilə əlaqələrin quruluması prosesi həyata keçirilməlidir;

5. İctimai diplomatiyadan istifadə edilməlidir;

6. Orta Şərq (Suriya) məsələsində fəaliyyət əlaqələndirilməlidir;

7. Rusiya ilə əlaqələrin bərpası prosesində iştirak edəcək qurumların təmsilçilərindən ibarət İşçi qrup yaradılmalıdır;

8.Türkiyədəki TÜSİAD (Türk Sənayeçiləri və İş adamları Dərnəyi) kimi qurumlarla birlikdə əlaqlərin qurulmasına dəstək verilməlidir;

9. Vasitəçi ölkəyə ehtiyac yoxdur. Bu addım prosesin daha sürətli getməsinə şərait yaradacaq. Bu addımın atılmasında İsraillə əlaqələrdə yaranmış durum əsas götürülüb. Rəsmi Ankara hesab edir ki, vasitəçi olmasaydı, Türkiyə ilə İsrail münasibətləri daha tez bərpa olunardı.