
Prezidentin qızının silahını oğurlayanlar tutulub.
Gununsesi.info İHA-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğanın maşınındakı tabel silahlarını oğurlayan şəxslər saxlanılıb.
İstanbul Polis İdarəsinin rəisi Mustafa Çalışkanın təlimatıyla həyata keçirilən keçirilən əməliyyat 3 gün çəkib. Gərgin əməliyyat nəticəsində 3 gündən sonra silahı oğurlamaqda şübhəli bilinən beş nəfər yaxalanıb. Yaxalanan şəxslər oğurladığı silahı boş bir ərazidə basdırdıqlarını boyunlarına alıblar. Torpağı qazan zaman Türkiyə Cümhurbaşkanlığına aid çantaya bükülmüş halda silah və digər əşyalar tapılıb.
Gununsesi.info