
Ərdoğanın rus dilində Twitter səhifəsi açılıb və bir gündə 70 min insan həmin səhifəni izləyib.
Gununsesi.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rus dilində Twitter mikrobloqu @tcbestepe_ru fəaliyyətə başlayıb.
Ərdoğanın mikrobloqunda ilk məlumat Türkiyədə “akkuyu” Atom Elektrik Stansiyasıın bünövrəsinin qoyulması ilə bağlı təşkil edilən təntənəli mərasim olub. Hansı ki, təməlqoyma mərasimində Ərdoğanla yanaşı Rusiya prezidenti Vladimir Putin də iştirak edib. Rus dilində yayımlanan onlayn-translyasiyada səhifənin elə birinci günü 70 min sosial şəbəkə üzvü isləyib. Ərdoğanın bu səhifəsi sutkada 700 minlik bir auditoriyanı əhatə edəcək.
İndiyədək Ərdoğanın Twitterdə dörd dildə (Türk, İngilis, Fransız , Ərəb) izləmək mümkün idi və onu sosialşəbəkədə 10 milyon izləyirdi.
Gununsesi.info