Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Təxminən 3 saat davam edən görüşdən sonra yazılı açıqlama yayılıb.
Açıqlamada 6 fevralda baş verən zəlzələlərdən zərər çəkmiş əyalətlərdə həyatın normallaşdırılması məsələsi diqqət mərkəzində olub.
Bəyanatda Yunanıstanla ikitərəfli münasibətlərdə müsbət ab-havanın qorunub saxlanılmasında qərarlılıq, terror əməliyyatlarının davam etdirilməsi əzmi və mayın 14-də keçiriləcək seçkilərin təhlükəsizliyi məsələsi də yer alıb.
Həmçinin, Rusiya-Ukrayna müharibəsində Qara dəniz təhlükəsizliyinin təmin edilməsi və humanitar böhranların həlli üçün lazımi işlərin davam etdirilməsi qərara alınıb.
Gununsesi.info