Ərdoğanın səfir ərəfəsində təxribat – Baxın, nə etdi?!

  • By admin
  • 09 Sentyabr 2023 10:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “G-20” üçün Hindistana səfəri ərəfəsində Amerikanın Nyu-York şəhərindəki Türk Evinin önündə təxribat edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bir nəfər müsəlmanların müqəddəs kitabı olan “Quran”a hücum edib.

Hücumçu müqəddəs kitabı yerə atıb, ayaqlarının altında əzərək təpikləyib. Edilən hücumun kimliyi bəlli olmayan adam tərəfindən Prezident Ərdoğanın qlobal zirvə toplantısına səfəri ərəfəsində baş verməsi diqqət çəkib.

Hücumçu Türk Evi binasının qarşısına gələrək əlindəki kitabı yerə atıb. Daha sonra binanın işçiləri sürətlə oraya gələrək adamı uzaqlaşdırıblar.

Nyu-York Polis Bölməsi və Diplomatik Təhlükəsizlik Qurumu yetkililərinə bilgi verilib.

Xatırladaq ki, Ərdoğan Hindistan səfərindən sonra Nyu-Yorka yola düşəcək.

 

Tərcümə: Arzu

Gununsesi.info