Rusiya Müdafiə Nazirliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tələbi ilə Ukraynanın Mariupol şəhərində mülki ukraynalıların və xarici vətəndaşların təxliyəsi üçün humanitar dəhlizin açıldığını açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Ərdoğanın Rusiya Prezidenti Vladimir Putindən tələbi əsasında Mariupolda mülki şəxslərin və xarici vətəndaşların təxliyəsinə hərtərəfli köməklik göstərilməsinə qərar verilib.
Bəyanatda qeyd olunub ki, 2022-ci il aprelin 3-də Moskva vaxtı ilə saat 00:00-da Mariupoldan Berdyanska humanitar dəhliz açılıb və “sükut rejiminə” ciddi əməl olunacağına zəmanət verilib.
Bildirilib ki, xarici vətəndaşlar Berdyanskdan Ukraynanın nəzarətində olan bölgələrə və ya Rusiyanın nəzarəti altında olan Krıma gedə bilərlər.
Ukrayna tərəfindən “sükut rejimi”nə ciddi əməl ediləcəyi təqdirdə humanitar dəhlizin həyata keçiriləcəyi bildirilən bəyanatda Kiyev administrasiyasından Moskva vaxtı ilə saat 03:00-a qədər təxliyə etməyə hazır olduqlarına dair yazılı təsdiq istənilib.
Gununsesi.info