Ərdoğanın təlimatı ilə hərəkətə keçdilər: “Bu il müjdəni verəcəyik”

Türkiyə axtarış-kəşfiyyat işləri davam etdirilən yeni qaz yatağının müjdəsini verməyə hazırlaşır.

Gununsesi.info-nun Teleqraf.com-a istinadla xəbərinə görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz açıqlama verib.

HTML tutorial

Nazir Sakarya qaz sahəsində növbəti kəşfiyyat qazmalarına hazırlaşıqlarını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın ötən ilin iyun ayında 135 milyard kubmetrlik “Amasra-1” quyusunun müjdəsini verdiyini xatırladan Dönməz qeyd edib:

“Bu bölgələrdə qazmalara davam edirik. Hazırda “Türkali-8” ilə 9-cu quyunu qazırıq. İnşallah, bu ilin birinci rübündə Sakarya qaz sahəsinə qonşu ərazilərdə yeni qazma işlərinə başlayacağıq. Ümid edirəm ki, 2022-ci ildə də xalqımıza oxşar müjdəni verəcəyik”.

Gununsesi.info