Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Türkiyə Prezidentinin təyyarəsi Esenboğa hava limanından yola düşüb. Ərdoğanın təyyarəsi bir az sonra Zəngilan rayonunda inşa olunmuş Zəngəzur aeroportuna enəcək.
Səfər zamanı keçiriləcək ikitərəfli görüşlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərə bütün aspektlərdə yenidən baxılacağı, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı gözlənilir.
Həmçinin aktual regional və qlobal problemlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Gununsesi.info