Ərdoğanın Trampla görüşəcəyi vaxt açıqlandı

  • By admin
  • 22 Fevral 2017 16:29

erdogan

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Ərdoğan ilə ABŞ prezidenti Trampın may ayında görüşəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, prezidentin mətbuat katibi deyib ki, may ayında bir zirvə toplanacaq, NATO Liderlər Zirvəsi, “orada hörmətli Prezidentimiz də iştirak edəcək.” Sözçünün bildirdiyinə görə, orada mütləq bir görüş olacaq, amma ondan əvvəl də bir görüş keçirilməsi üçün hazırlıqlar davam edir. Son hadisələrlə bağlı mətbuata açıqlama verən Kalın bildirib ki: “Biz bölgənin, Suriya xalqının gələcəyi, öz milli təhlükəsizliyimiz üçün çox ciddi bir mübarizə aparırıq. Bizim milli təhlükəsizliyimizi təhdid edən bir ünsür varsa, Türkiyə bunun üçün gərək olanı hər zaman edər. İstər Hələbdə, istər Əl- Babda, istər Rakkada, istər Telaferdə, Sincarda olsun, Bunun üçün də bir başqa ölkədən icazə almaq durumunda deyilik”.

Gununsesi.info