Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncənin lideri olduğu Məmləkət Partiyası Rəcəb Tayyib Ərdoğanın üçüncü namizədliyinə etiraz edir.
Gununsesi.info-nun türk mediasına istinadən verdiyi xəbərə görə, Məmləkət Partiyasının baş katibi Halil İlker Çelik mayın 14-də keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə bağlı Yüksək Seçki Qurumuna (YSK) etiraz etdiklərini açıqlayıb.
Çelik, YSK-da mətbuata açıqlamasında, “Konstitusiyamızın 101-ci maddəsində prezidentin 2 müddətə seçilə biləcəyi qaydası var. “Lakin prezidentimizin namizədliyi 3-cü dəfədir ki, irəli sürülüb. Bu, hüquqi baxımdan mümkün deyil. Ona görə də etirazlarımızı bildirdik”.
Tərcümə:
Afət Abbasova