Ərdoğanla Baydenin görüşündə Cerablus əməliyyatı da müzakirə olunub

  • By admin
  • 24 Avqust 2016 22:48

57bde35767b0ab3c18998fd2

Türkiyədə rəsmi səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənun cümhurbaşqanı Rəcəp Tayyib Ərdoğanla da görüşüb. Görüş təxminən 2 saat 25 dəqiqə çəkib.

Gununsesi.info “Hurriyer”ə istinadən xəbər verir ki, görüşdən sonra C. Baydenlə birgə verdiyi ortaq açıqlamada Ərdoğan Cerablus əməliyyatı ilə də bağlı məlumat verib.

Ərdoğan Cerablus bölgəsinə yönəlik başladılan əməliyyatla bağlı bunları deyib:

“Koalisyon gücləri ilə görüşlərimizi keçirdikdən sonra artıq bizlər yekun qərarımızı verdik. Yəni,  Cerablusa Özgür Suriya Ordusu (ÖSO) ilə birlikdə, onların özəlliklə quru əməliyyatına dəstək vermək surətiylə, koalisyon güclərinin hava dəstəyi ilə oraya giriş sağlandı. Bu an etibarıyla Cerablusu ÖSO mənsubları və cerabluslu olanlar indiki anda yenidən geri almış, oradakı hökümətə aid və ya oradakı rəsmi qurumları və sairə ələ keçirmiş durumdadırlar. “İŞİD” də bu an etibarıyla, aldığımız xəbərlərə görə,  Cerablusu tərk etmək  durumunda qalmış vəziyətdədir”.

Kamil Həmzəoğlu

Gununsesi.info