Ərdoğanla Davudoğlu bir araya gəldi - GÖRÜŞ 3 SAAT DAVAM EDİB

  • By admin
  • 29 Yanvar 2018 17:30

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla sabiq baş nazir, Konya millət vəkili Əhməd Davudoğlu arasında görüş olub və görüş üç saat davam edib.

Gununsesi.info cnntürk-ə istinadən xəbər verir ki, görüşdə Afrin hərəkatı, 2019-cu il seçkilərinin müzakirə edildiyi bildirilir.

Görüş barədə açıqlama verən Əhməd Davudoğlu qeyd edib ki, bu çox önəmli bir görüş idi: “Biz iki mübarizə yoldaşı olaraq illər boyu çiyin-çiyinə çox çətin yollar keçdik. Bu görüşdə də bütün məsələləri müzakirə etdik”.

Afrin hərəkatına gəldikdə Davudoğlu deyib ki, 15 iyulda olduğu kimi Afrin hərəkatında da bir yerdə olmalıyıq.

Gununsesi.info