Ərdoğanla Putin arasında növbəti telefon danışığı

  • By admin
  • 12 Yanvar 2017 16:25

erdogan

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər veir ki, dövlət başçıları Astanada Suriya böhranı ilə bağlı danışıqlara hazırlıq üzrə birgə səyləri müzakirə ediblər.

Telefon danışığı zamanı əsas diqqət Suriyadakı vəziyyətə ayrılıb. Qeyd olunub ki, Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Suriya hökuməti və mötədil müxalifət arasında hərbi fəaliyyətin dayandırılması haqqında əldə olunmuş razılaşmaya ümumilikdə əməl olunur.

Qeyd edək ki, Astanada Suriya münaqişəsi ilə bağlı danışıqlar yanvarın 23-də keçiriləcək.

Gununsesi.info