Ərdoğanla Putin arasında telefon danışığı olub

  • By admin
  • 21 Sentyabr 2016 23:50

putin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

“Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən söhbət zamanı Rəcəb Tayyib Ərdoğan Rusiyada parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə Vladimir Putini təbrik edib. Söhbət zamanı həmçinin Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişaf məsələləri və Suriya münaqişəsi müzakirə edilib”-deyə, məlumatda deyilir.

Gununsesi.info