Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Putinlə Ərdoğan arasında hər zaman danışığa ehtiyac var və siz bilirsiniz ki, onların görüşəcəyi ilə bağlı razılıq var. Putinin özü isə “Mən Türkiyəyə gələcəm” dedi, biz sadəcə vaxtı seçəcəyik. Vaxt hələ seçilməsə də, diplomatik kanallarla razılaşdırılacaq və gec-tez bu ünsiyyət baş tutacaq”, – Kreml nümayəndəsi qeyd edib.
Gununsesi.info