Ərdoğanla Putin Tehranda görüşəcək

Prezident Rəcəb Tayyib Ərdoğanın İrana səfəri çərçivəsində iyulun 19-da Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII toplantısı Tehran şəhərində keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Bildirilib ki, toplantıda Türkiyə-İran əlaqələrinin bütün istiqamətləri gözdən keçiriləcək, ikitərəfli münasibətlərin inkişafı üçün imkanlar nəzərdən keçiriləcək.

HTML tutorial

Məlumatda diqqətə çatdırılır ki, elə həmin gün Türkiyə, İran və Rusiya prezidentlərinin iştirakı ilə rəsmi Tehranın ev sahibliyi çərçivəsində Astana formatında üçtərəfli Zirvə Toplantısı təşkil olunacaq.

Bu toplantıda Suriyadakı proseslər, PKK/YPG və İŞİD başda olmaqla bölgədəki təhlükəsizliyə təhdid olan terror təşkilatları ilə mübarizə, böhranın siyasi həlli yolları, humanitar yardım və suriyalıların vətənlərinə könüllü şəkildə geri dönmələri barədə müzakirələrin aparılması nəzərdə tutulub.

Tehranda Türkiyə və Rusiya prezidentlərinin ikitərəfli görüşü də planlaşdırılıb.

Gununsesi.info