Ərdoğanla Putin telefonla danışdı

  • By admin
  • 21 Avqust 2021 19:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi. info xəbər verir ki, danışıq əsnasında ikitərəfli əlaqələr, Əfqanıstanda baş verən hadisələr və bölgədəki digər məsələlər müzakirə edilib.

Prezidentlər Kahramanmaraşdakı yanğını söndürərkən qəzaya uğrayan Rusiya təyyarəsində həyatını itirən türk və rus ekipajının ailələrinə qarşılıqlı başsağlığı veriblər.

Əfqanıstanın bir daha kritik bir dövr yaşadığını xatırladan Türkiyə Prezidenti yeni hökumətin Əfqanıstan xalqının özünəməxsusluğunu əks etdirən əhatəli siyasət yürüdəcəyinə ümidvar olduğunu deyib.

Gununsesi. info