Ərdoğanla Putini kim və ya kimlər barışdırdı?

  • By admin
  • 09 Avqust 2016 13:39
erdogan_putin_6345
Bu gün Sankt-Peterburqda Putinlə Ərdoğan arasında  görüş keçiriləcək və bu görüş demək olar ki, dünyanın diqqət mərkəzindədir. Ancaq iki ölkə arasındakı münasibətlərin bir anda dəyişərək müsbətə doğru getməsi, münasibətlərin normallaşdırması hələ də bir çoxlarını  düşündürməkdədir. Bir anda nə baş verdi ki, müansibətlər belə dəyişdi?!
Türkiyə-Rusiya əlaqələrinin qısa zaman ərzində normallaşması və bu  prosesdə rolu olan şəxslər kim olub?
 Gununsesi.info  Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara-Moskva arasında  çox gizli diplomatik danışıqlar gedib. “Hurriyet”  qəzetindən Murat Yetkin və “Sabah” qəzetinin əməkdaşı Yahya Bostanın bu məsələ ilə bağlı  yazılarını qısaca olaraq sizlərə təqdim edirik:
“Sizlərə bu  danşıqlarda yaxından iştirak etmiş Azərbaycan, Qazaxstan dövlət başçılarının, Dağıstanın rəhbəri Ramazan Abdulatipov, iş adamları, həmçinin, bu prosesdə yaxından iştirakı olan Türkiyə Baş qərargah rəisi Hulisi Akar  haqqında söz açacağıq. Beləliklə keçək əsl mətləbə. Hələ 30 mart 2016-cı ildə ABŞ-da Nüvə sammiti çərçivəsində Azərbaycan və Qazaxstan prezidentlərinin Vladimir Putinlə  görüşərək Ankara-Moskva arasında münasibətlərin normallaşması ilə apardıqları danışıqlar nəticə vermir. O zaman Putin “Nuh deyir, peyğəmbər demirdi”.  Amma buna baxamayaraq, Azərbaycan və Qazaxstan prezidentləri bu istiqamətdə səylərini davam etdirib və onlar müxtəlif vasitələrdən istifadə ediblər. Daha sonra araya Baş Qərargah rəisi Hulusi Akar da araya girir. O da öz kanallarından, xüsusən də, Rusiyada uzun müddət  işləyən iş adam Cavit Çağlardan yararlanır. Cavit Çağların Ramazan Abdulatipovla çox yaxın münasibəti olub. C.Çağlar iki ölkə münasibətlərin normallaşmasında Dağıstanın rəhbəri R.Abdulatipovdan istifadə edir və onu dövriyyəyə salır.
Onu da qeyd edək ki, C. Çağlar zamanında həm siyasətçi, həm iş adamı olaraq bəzi gilzi məliyatlarda yer alan şəxs olub.  C.Çağlar hətta, Azərbaycanla bağlı bir sra əməliyyatlarda iştirka edib. Heydər Əliyev Naxçıvanda və Bakıda olarakən bir sıra problemlərin həllində C.Çağlar  yaxından iştirak edib. C. Çağlar Ramazan Abdulatipov vasitəsi ilə Putinə yol tapır və iki ölkə arasında münasibətlərin yumşalması da elə bundan sonra başlayır. Bu prosesdə Putinin  xarici siyasət  və təhlükəsizlik məsələləri üzrə  köməkçisi Yuriy Uşakov da prosesdə yaxından iştirak edir. Gizli yazışmalar başlayır. Məktublar Putinə Y.Uşakov vasitəsi ilə  çatdırılır və cavablar da  bu yolla yenidən Ərdoğana çatdırlırdı. Aprelin sonundan başlayaraq münasibətlərdə gərginlik azlamağa başlayır və tərəflər arasında gizli məktublaşmalar davam edir. Putin iki ölkə arasında əlaqələrin normallaşması üçün öz şərtlərini irəli sürür. Şərtlərə əsasən Kreml Ankaradan rəsmi üzr istəmək, təzminat və digər məsələlər öz əksini tapmasın istəyir. Özü də yazılı və imzalı formada. Bir zəng hər şeyi dəyişir. Belə ki, iyunun 22-də axşam saatlarında Qazaxstanın Ankaradakı səfiri Canseyit Tüymebayevin Ərdoğanın köməkçisi İbrahim Kalınla “təcili” kod altında telefon əlaqəsi baş tutur. Danışıq zamanı bildirilir ki, Nazarbayevlə Putin Sankt-Peterburqda  görüşüblər və Putin deyib ki, Ərdoğan onun istədiyi məktubu ünvanlarsa əl səxmağa hazırdır. Bundan sonra İ. Kalın həmən Ərdoğanla əlaqə yaradır, ancaq Ərdoğan hələ də o məktubu göndərməyə hazır deyildi. Ərdoğan üzr və təzminat ödəməklə bağlı məktub yazmaq niyyətində deyildi. Çünki bu məktub Türkiyənin sərhədlərini müdafiəyəyə görə təzminat anlamına gəlirdi.
İyunun 23-də Qazaxstannın Ankaradakı səfiri  yenidən “təcili” kodla İ.Kalını axtararaq onunla danışır. Həmin gün N. Nazarbayev Şanxay Əməkdaşlıq Şurasının sammitindən iştirak etmək üçün Özbəkistan paytaxtı Daşkəndə getdiyini və orada Putinlə görüşəcəyini deyir. Diplomat deyir ki, Putinə çatdırılacaq məktub bir az yumşaldıla bilər. Çünki Nazrbayevlə Putin arasında iyunun 24-də növbəti görüş baş tutacaqdı.
Əgər məktub iyunun 24-də saat 13.00-dək Nazarbayevə çatdırılarsa, bu məsələ bağlanacaq.
İyunun 23-də Baş qərargah rəisi Hulusi Akar gecə saat 23.00-da Beştəpədə Ərdoğanla görüşür və məktubun mətni orada razılaşdırılır.
Məktub əvvəlkindən xeyli yumşaldılır. Orada sadəcə rusca “izvinite” kəlamı yer alır. Bu isə sərt “üzr diləmədən” bir az fərqlənirdi. Bu isə türkcədə “məzur görün, qüsura baxmayın, əfv edərsiniz” deməkdir. Ərdoğan məktubu H.Akarın gözü qarşısında imzalayır. Çünki bundan öncəki məktub  imzasız olduğundan Putin imzalı məktub istəyirdi və Nazarbayev də elə buna görə təkrar Ankara ilə danışır. Məktubu Putinə təqdim etmək üçün elə həmən gecə Ərdoğanın xüsusə təmsilçisi İbrahim Kalın gecə saat 03.00-da Cavit Çağlarla birlikdə  xüsusi təyyarə ilə Daşkəndə uçur. 
Məhz bu məktub çatdırıldıqdan sonra  münasibətlərdə köklü dəyişiklik baş verir…”
Hazırladı Mürtəza
 
Gununsesi.info