Ərdoğanla Putinin təkbətək görüşü iki saat çəkdi

  • By admin
  • 09 Avqust 2016 17:38
putka
İki saata yaxın davam edən təkbətək görüşdə  dövlət başçıları Türkiyə ilə Rusiya arasındakı münasibətləri, beynəlxalq, regional məsələlər, xüsusən də Suriyada, Yaxın Şərqdəki vəziyyət ciddi müzakirə predmeti olub.
Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, iki saat davam edən görüşdən sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.
Bu görüşdə Türkiyədən Baş nazirin müavini Mehmet Şimşək, Xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, eneryi naziri Berat Albayrak, Milli Təhlükəsizlik təşkilatının rəhbəri Hakan Fidan , kəndə təsərrüfatı, mədəniyyət və turizm naziri və digər rəsmilər iştirak edib.
Gununsesi.info